12px13px15px17px
Tarix:21/05/13

Avropaya İnteqrasiya Mərkəzi internet hüququ və mədəniyyəti ilə bağlı təlimlərə başlayıb

Avropaya İnteqrasiya Mərkəzi (AİM) Prezident İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli Sərəncamı ilə 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunduğunu əsas götürərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təhsildə İnternet hüququ və etikası təşəbbüsləri - Açıq Hökumətə dəstək" adlı layihə həyata keçirir.

AİM-dən bildirilib ki, layihənin əsas məqsədi respublikamızın ali məktəblərində internet hüququ və etikası, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, Açıq Hökumətin təşviqi məsələləri ilə bağlı hüquqi maarifləndirmə işlərinin aparılması, eyni zamanda, bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün əyani tədris vəsaiti – "İnternet hüququ və etikası" kitabının hazırlanması ilə ölkəmizdə təhsilin və elektron mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.

Layihə çərçivəsində Azərbaycan Universitetində ekspertlərin, jurnalistlərin, müəllim və tələbələrin iştirakı ilə "İnternet hüququnun və elektron media mədəniyyətinin əhəmiyyəti. Azərbaycanda internet hüququnun təşəkkülü" mövzusunda ilk seminar keçirilib.

Tədbirdə internetin cəmiyyət həyatında mühüm amilə çevrildiyi, qlobal və milli anlamda sosial-iqtisadi və hüquqi dəyişikliklərlə xarakterizə olunduğu qeyd edilmiş, bununla əlaqədar ictimai münasibətlərin yeni növü olan internet münasibətlərinin (virtual münasibətlərin) tənzimlənməsi üzrə qanunlar, proqramlar və inkişaf konsepsiyaları, innovativ dəyərlərin və xüsusi normativ-hüquqi sistemin tətbiqinin zəruriliyi vurğulanıb.

Seminarda Azərbaycanda Açıq Hökumətin təşviqi, elektron media, kibercinayətkarlığa qarşı mübarizə, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, elektron sənəd dövriyyəsi və rəqəmli imza, internetdən istifadənin digər hüquqi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif suallar cavablandırılıb.



Baxış sayı: 411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Sentyabr 2019

16 09 2019

16/09/19
“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub

Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını 

16/09/19
“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

“Sony” şirkəti bu ilin əvvəlində “Crystal LED” texnologiyası üzrə hazırlanan “16K” təsvir 

16/09/19
Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona 

16/09/19
“Libra” kriptovalyutası Avropada qadağan edilib

Fransa və Almaniya hökumətləri “Facebook”un “Libra” adlı  yeni kriptovalyutasını 

16/09/19
Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib (YENİLƏNİB)

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə 

16/09/19
Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni “DisplayHDR 1400” stand

16/09/19
Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq

“IBM” şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparı

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım