12px13px15px17px
Tarix:21/05/13

“Samsung” şirkəti noutbuklar üçün yüksək keyfiyyətli ekranlar istehsal edib

Cənubi Koreyanın “Samsung” şirkəti çox yüksək təsvir ölçüsü və piksel sıxlığına malik yeni maye kristal ekran nümayiş etdirəcək. Noutbuklar üçün nəzərdə tutulmuş yeniliyin diaqonalı 13,3 düymdür və 3200x1800 piksel təsvir ölçülü “WQXGA+” ekrandan ibarətdir.

Müqayisə üçün qeyd edək ki, “MacBook Pro Retina” noutbukunda 13,3 düymlü ekranın təsvir ölçüsü 2560x1600 və 227 ppi təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətdən verilən məlumata əsasən, yeni ekran bu həftə Kanadanın Vankuver şəhərində hər il keçirilən “Society Information Display 2013” sərgisində təqdim ediləcək.

Emil Hüseynov



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024