12px13px15px17px
Tarix:21/05/13

Rayon telekommunikasiya qovşaqlarında onlayn ödəmə terminalları qurulur

"Aztelekom" İB-nin inzibati binası ilə yanaşı, rayon telekommunikasiya qovşaqlarında da "Milli ön" onlayn ödəmə terminalları qurulur. Artıq belə bir terminal Şabran TKQ-də də qurulub. Bu avadanlığın üzərində "Aztelekom" İB-nin xidmətlərini əks etdirən reklam lövhəsi də yerləşdirilib.

"Milli ön" onlayn ödəmə sisteminin köməyi ilə terminala nağd pulu daxil etməklə internetin, kommunal xidmətlərin, kreditin, hətta aviabiletlərin ödənişini aparmaq mümkündür. Terminal vasitəsilə hər hansı xidmətin ödənişi dərhal həyata keçirilir. Hansısa müəssisə və ya şirkətə ödəniş edilərkən həmin təşkilat internet vasitəsilə onlayn rejimində bu barədə məlumatlandırılır.

Xatırladaq ki, "Milli ön" elektron ödəniş sistemi həftənin 7 günü, sutkanın 24 saatı aktivdir.

Ödəmə nöqtələri vasitəsilə ödəmə qısa müddətdə həyata keçir. Köşklərin istifadə qaydası da çox rahatdır. Monitorda müştərinin rahatlığı üçün bütün təlimatlar öz əksini tapır. Hazırda respublika ərazisində 700-ə yaxın ödəmə köşkü mövcuddur.

RƏVAN



Baxış sayı: 1143

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024