12px13px15px17px
Tarix:22/05/13

Beynəlxalq poçt göndərişləri üzrə xidmət tarifləri dəyişdirilib

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” beynəlxalq poçt göndərişləri üzrə tariflərində dəyişiklik edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, dəyişikliklər beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqlarına aiddir.

“Son illər ərzində beynəlxalq poçt göndərişlərinin (xüsusilə daxil olan poçt göndərişlərinin) həcminin kəskin şəkildə artması bu sahəyə əlavə əməkdaşların işə qəbulu, göndərişlərin mövcud prosedur qaydalara uyğun işlənməsi, daşınması və ünvanı üzrə çatdırılması və sair çəkilən xərclərin artmasına səbəb olub”, - deyə N. Məmmədov qeyd edib.

N. Məmmədov bildirib ki, tariflərin “Azərpoçt” tərəfindən tənzimlənməsi “Poçt haqqında” qanunun 9.4-cü maddəsinə əsasən aparılıb. Yeni tariflərə əsasən beynəlxalq poçt göndərişləri üzrə müvafiq rüsumlar göndərilən beynəlxalq kiçik paketin hər biri üçün 0,80 manat (əvvəlki tarif 0,60 manat), göndərilən beynəlxalq bağlamanın hər biri üçün 1,00 manat (0,80 manat), daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat (0,80 manat) və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2 manat (1,20 manat) məbləğində müəyyən edilib.

Aynur Vəliyeva



Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 May 2020

27 05 2020