12px13px15px17px
Tarix:22/05/13

Bölgələrdə internet istifadəçiləri eyni anda bir neçə xidmətdən yararlanacaq

"Aztelekom" İB tərəfindən regionda ilk dəfə olaraq "Qurtuluş-93" qəsəbəsində tətbiq edilən PON texnologiyası digər bölgələrdə də tətbiq ediləcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, PON optik-lif xəttə genişzolaqlı multiservisli çıxış üçün daha çox perspektivli texnologiyadır. ADSL və PON abonentləri arasında telekommunikasiya xidmətlərinin istehlakı strukturundakı əsas fərq sonuncular üçün xidmət seçiminin daha çox olmasıdır.

Aparılan təhlillərə görə, birlik tərəfindən bu texnologiya ölkənin böyük şəhərlərində tətbiq edilməsi planlaşdırılır.

Qeyd edək ki, ADSL istifadəçisi bir xidmətdən (internet şəbəkəsinə genişzolaqlı çıxış) istifadə edirsə, PON abonentlərinə eyni anda bir neçə xidmətdən əlverişli şərtlərlə istifadə təklif olunur (telefon, televiziya və internet şəbəkəsinə çıxış).

RƏVAN



Baxış sayı: 900

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024