12px13px15px17px
Tarix:22/05/13

Azərbaycanlı istifadəçilər daha çox hansı əməliyyat sistemindən istifadə edir?

"StatCounter GlobalStats" resursunun təqdim etdiyi statistik məlumatlara əsasən, Azərbaycanda "Android" platformasında qurulmuş mobil qurğuların bazar payı 37,57% təşkil edir və birinci yeri tutur.

"ICTnews" xəbər xidmətinin "http://gs.statcounter.com" saytına istinadən verdiyi məlumata əsasən, "Series 40" platforması əsasında qurulmuş qurğular istifadəçi marağına görə ikinci yeri tutur və 22,97% bazar payına malikdir. "Symbian" əməliyyat sistemi üzərində işləyən telefonlara olan tələbat azalmasına baxmayaraq o, reytinqdə 14,03%-lə üçüncü yeri tutur. "Apple" şirkətinin "iOS" əməliyyat sistemi üzərində işləyən qurğuları bu ilin əvvəlindən daha böyük istehlakçı tələbatına səbəb olub və nəticədə 13% bazar payı ilə dördüncü yerdə qərarlaşıb.

Beləliklə, bu əməliyyat sistemləri "BlackBerry" və "Windows Phone" kimi qurğuları məşhurluqlarına görə kölgədə qoyublar. Lakin "Windows Phone" az da olsa, sabit artım templəri nümayiş edir.































Stolüstü əməliyyat sistemləri bazarının təhlili isə "Microsoft Windows 7" bazar payının 65,77%-dək artımını, "Windows XP"-nin payının isə 26,26%-dək azalmasını göstərir. Üçüncü yeri isə 3,28% bazar payı ilə "Windows 8" tutur. Digər əməliyyat sistemlərinin hər birinin bazarda payı 2%-i aşmır.



































Stolüstü əməliyyat sistemlərində istifadə edilən brauzerlər bazarına gəldikdə isə, demək olar ki, burada "Opera" istifadəçilərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% azalması nəticəsində, "Chrome" brauzerinin bazar payı əhəmiyyətli dərəcədə artaraq 57,74%-ə çatıb. "Microsoft"dan və "Firefox"dan sonra "Internet Explorer" mövqelərini itirir. "Safari" brauzerinə üstünlük verən istifadəçilərin sayında artım müşahidə olunur: 1,28%-dən 2,32%-dək.



























Aynur Vəliyeva



Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024