12px13px15px17px
Tarix:22/05/13

Ali Ağan Qazaxıstanın aparıcı mobil rabitə operatoruna icraçı direktor təyin edilib

Qazaxıstanın aparıcı mobil rabitə operatoru "Kcell" səhmdar cəmiyyətinin icraçı direktoru vəzifəsinə 2013-cü il iyunun 1-dən etibarən Ali Ağan təyin edilib.

"Kcell" Qazaxıstanda gəlir həcmlərinə və abunə sayına görə ən əsas mobil rabitə operatorudur. A.Ağan 2013-cü ilin fevral ayından etibarən "TeliaSonera" şirkətinin Avrasiya bölməsinin prezidenti təyin edilmiş Veysel Aralı əvəz edəcək. A.Ağan 20 ildən çox beynəlxalq maliyyə və telekommunikasiya sahəsində, geniş çeşiddə funksional öhdəliklər daxil olmaqla, satış, distribusiya və təchizat sahəsində təcrübəyə malikdir. A.Ağan bu vəzifəyə, "Telia Sonera" şirkətinin törəmə şirkəti olan və Özbəkistanda ikinci ən iri operator olan "Ucell"də 2012-ci ilin sentyabrından bəri tutduğu baş icraçı direktor vəzifəsindən keçirilib.

Bundan öncə, 2008-ci ilin may ayından etibarən A. Ağan "Telia Sonera"nın törəmə şirkəti və Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin icraçı direktorunun müavini, 2008-ci ilin noyabrından isə şirkətin baş icraçı direktoru vəzifələrində çalışıb.

"Biz şadıq ki, Ali Ağan "Kcell" şirkətinin icraçı direktoru olacaq. O bizim fəaliyyətimizə telekommunikasiya və digər sahələrdən böyük beynəlxalq təcrübə gətirəcək və mən böyük məmnuniyyətlə onunla Direktorlar Şurasında işləyəcəyəm.

Eyni zamanda, Veysel Arala işlədiyi illərə və "Telia Sonera" qrupundakı səmərəli fəaliyyətinə görə minnətdarlıq bildirmək istəyirəm", - deyə "Kcell"in Direktorlar Şurasının sədri Yan Erik Rudberq baş vermiş dəyişiklikləri şərh edərək bildirib. "Mənim üçün, "Telia Sonera"nın ən iri bölməsi olan "Kcell"in komandasına daxil olmaq böyük şərəfdir. Dünya sürətlə inkişaf edir, buna görə də telekommunikasiya sənayesi çoxsaylı çağırışlarla toqquşur. Fəaliyyətində əla keyfiyyətə yönləndirilmiş və qlobal bazar trendləri kontekstində müştərilərinin tələbatlarını anlayaraq, "Kcell", öz müştərilərinin etibarını doğruldaraq, əsas xidmətləri göstərməkdə davam edəcək",- təyinatı haqda bəhs edərək Ali Ağan qeyd edib.

"Kcell" şirkəti Qazaxıstan mobil rabitə bazarında aparıcı operator kimi 1998-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət 2012-ci ilin dekabrın 31-nə olan məlumata əsasən, 13,5 milyon sayda abunə bazasına malikdir, bu da şirkətin qiymətləndirilməsinə görə bazarın 46.9%-ni əhatə etməsinin göstəricisidir. Şirkətin 2012-ci ildə qiymətləndirilmələrinə əsasən, gəlir həcminə görə onun bazar payı 54.5% təşkil edir.

Aynur Vəliyeva



Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024