12px13px15px17px
Tarix:04/08/11

“AMD” şirkəti sentyabr ayında yeni arxitekturada server çipləri təqdim edəcək

“AMD” şirkəti sentyabr ayının 26-da yeni nəsil “Opteron” server çiplərini təqdim edəcək.
Prosessorların “Valencia” (Opteron 4200 seriyası) və “İnterlagos” (Opteron 6200) kod adları ilə “Bulldozer” arxitekturasında təqdim ediləcəyi gözlənilir. “Valencia” xətti ilə olan prosessorlar 6 və ya 8 hesablama nüvəli, “İnterlagos” isə 8, 12 və ya 16 nüvəli olacaqlar. Onlar üçün 32 nanometr istehsalat texnikası nəzərdə tutulub.
“İnterlagos” “Turbo Core” sistemini dəstəkləyəcək. Sistemin vəzifəsi cari yüklənmədən asılı olaraq ayrı-ayrı nüvələrin sürətinin dinamik artımıdır.
Bildirilib ki, 2012-ci ildə “İnterlagos” və “Valencia” prosessorlarının varisi, həmçinin “Bulldozer” arxitekturasına əsaslanan “Terramar” və “Sepang” çipləri olacaq. Birinci 20 hesablama nüvəsinə qədər, ikinci isə 10-a qədər olacaq. İstehsalat norması 32 nanometr olacaq.
2013-cü ildə “Dublin” (20 nüvəyə qədər) və “Macau” (10 nüvəyə qədər) “Opteron” prosessorlarının istehsalı nəzərdə tutulub. Bu məmulatların istehsalı vaxtı 28 nanometrlik metodika tətbiq ediləcək.



Baxış sayı: 1214

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024