12px13px15px17px
Tarix:23/05/13

Bakıda təmirə bağlanan poçt şöbələri tezliklə açılacaq

Yaxın günlərdə “Azərpoçt” MMC tərəfindən təmirdən sonra Bakının 3 saylı poçt filialının 142, 6 saylı poçt filialının 130 saylı poçt şöbələri vətəndaşların istifadəsinə veriləcək. Müəssisədən verilən məlumata görə, müasir texnologiyalarla təchiz edilən ən yeni xidmətlərin göstərilməsi üçün hər cür şərait olan poçt şöbələri eyni zamanda müasir mebel dəstləri ilə təmin edilib.

Bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt-pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə bütün imkanlar var.

Qeyd edək ki, “Azərpoçt” MMC bütün respublika ərazisində 1600-ə yaxın poçt şöbəsi vasitəsilə vətəndaşlara bütün poçt və maliyyə xidmətləri göstərir.

RƏVAN



Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024