12px13px15px17px
Tarix:24/05/13

Günəş batareyası ilə işləyən təyyarə 1541 kilometr məsafə qət edib

Lozanna Politexnik Federal Məktəbinin mütəxəssisləri tərəfindən hazırlanmış və qurulmuş günəş batareyası ilə işləyən təyyarə Feniks – Dallas marşrutu üzrə 1541 kilometr məsafə qət edib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, maksimal uçuş hündürlüyü 8200 metri ötüb. Təyyarənin pilotu Andre Borşberq nailiyyətləri sırasına daha bir rekord əlavə edib: o, daha əvvəl günəş batareyası ilə işləyən təyyarədə ən uzunmüddətli, 26 saatlıq uçuş həyata keçirib.

Xatırladaq ki, "Solar Impulse" təyyarəsi günəş enerjisinin potensialını nümayiş etdirmək üçün qurulub. Sözügedən təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə 63.4 metr təşkil edir, çəkisi 1588 kiloqramdır və 4 ədəd elektrik mühərriki ilə təchiz edilib.

Emil Hüseynov



Baxış sayı: 454

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020