12px13px15px17px
Tarix:24/05/13

“Azərpoçt” şirkəti ilə “ Zolotaya Korona” beynəlxalq pulköçürmə sistemi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Azərpoçt” MMC beynəlxalq pulköçürmələri sistemində fəaliyyətini genişləndirməyə davam edir.

“Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Contact”, “Caspian Money Transfer”, “Western Union”, “Migom” beynəlxalq pulköçürmələri sistemləri ilə əməkdaşlıq edən “Azərpoçt” MMC artıq “Zolotaya Korona” beynəlxalq pulköçürmə sistemi ilə də müqavilə imzalayıb.

Hazırda Bakı, Abşeron, Sumqayıt və Regional Poçt Filiallarının Müştəri Xidmətləri Şöbəsində fəaliyyət göstərən “Zolotaya Korona” beynəlxalq pulköçürməsi sisteminin test mərhələsi artıq başa çatmaq üzrədir.

Mayın 27-dən etibarən “Azərpoçt” MMC-nin bütün şöbələrində “Zolotaya Korona” sistemi üzərindən adı gedən şöbələrdən pulköçürmələri almaq və göndərmək olar.

Aynur Vəliyeva



Baxış sayı: 1059

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024