12px13px15px17px
Tarix:24/05/13

“NETTY 2013” müsabiqəsinə 300-dən çox veb-sayt, proqram və layihə təqdim edilib

"NETTY 2013" Azərbaycan Milli İnternet Mükafatının iştirakçılarının ərizələrinin qəbulunun sonuna bir həftədən az vaxt qalıb.

"NETTY 2013"-dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda 300-dən çox veb-sayt, proqram və layihə qələbə uğrunda müsabiqədə mübarizə aparır. Mayın 31-də "www.netty.az" saytların, layihələrin, proqramların, virtual jüri üzvlərinin qeydiyyatı dayanacaq.

İyunun 1-də "NETTY-2013" nominantların müəyyən edilməsi məqsədilə Ekspert Şurasının və virtual jürinin paralel səsverməsi başlanacaq. Səsvermə iyunun 11-dək davam edəcək. Yalnız əvvəlcədən qeydiyyatdan keçmiş jüri üzvləri nominantların seçimində iştirak edə biləcəklər.

İyunun 12-də Ekspert Şurasının və virtual jürinin tərəfindən seçilmiş nominantları əsas tutaraq (şura hər nominasiya üzrə 3 nominant, jüri isə hər nominasiya üzrə 1 nominant seçir), "NETTY Akademiyası" səsverməyə başlayır. Akademiya mövcud olan hər nominasiya üzrə bir qalibi müəyyən edir.

Qeyd olunan dövr ərzində müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçiriləcək. Qaliblərə müsabiqənin baş mükafatı olan "NETTY" heykəlciyi təntənəli şəkildə verilir. Həmçinin müsabiqənin finalçılarına, mükafatın tərəfdaşları tərəfindən çoxlu sayda faydalı və qiymətli prizlər təqdim olunacaq. Bu il, ənənəvi olaraq, müsabiqə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Müsabiqənin baş tərəfdaşları "MobiTel" və "Huawei Azerbaijan" şirkətləri çıxış edirlər. "NETTY" milli İnternet-mükafatı - bütövlükdə ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün Azərbaycan informasiya texnologiyaları sahəsində yaradılan ilk peşəkar mükafatdır.

Ən yaxşı Azərbaycan veb-layihələrini, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edən və mükafatlandıran mükafat öz mövcudluğu ilə illər ərzində milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir şöhrətini əldə edib.

Aynur Vəliyeva



Baxış sayı: 970

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024