12px13px15px17px
Tarix:25/05/13

“Google” Azərbaycanın Milli data mərkəzində server resurslarının sayını artırmaq niyyətindədir

Azərbaycanın ilk "backbone" şirkəti "Delta Telecom" Milli data mərkəzinin inkişafı üzrə işləri davam etdirir. Şirkətin maliyyə direktoru Rahid Ələkbərlinin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, gələcəkdə "Google" şirkəti ilə əməkdaşlıq çərçivəsində Milli data mərkəzində dünya səviyyəli axtarış sisteminin data mərkəzlərinin sayının artırılması nəzərdə tutulur.

«Biz ötən il "Google" şirkətinin Azərbaycan Milli data mərkəzində serverlərinin sayını artırmışıq. Hazırda bu istiqamətdə hər hansı işlər aparılmır, lakin perspektiv planlarda "Google" şirkətinin Azərbaycanda quraşdırılmış serverlərinin sayının artırılması nəzərdə tutulub", - deyə o bildirib. Axtarış sisteminin ölkəmizdə server resurslarının artırılması ölkə daxilində və xarici istiqamətlərdə göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan yaradacaq.

Qeyd edək ki, hazırda Milli data mərkəzinə "Yandex" və digər axtarış sistemlərinin gətirilməsi təmin edilib, bu, data mərkəzinə Şərqin və Qərbin aparıcı beynəlxalq magistrallarının səviyyəsinə çıxmağa imkan verir. Şirkət tərəfindən pulsuz təklif edilən Azərbaycan internet resurslarının yerləşdirilməsi xidmətləri və həmçinin axtarış sistemlərinin serverlərinin ölkədə yerləşdirilməsi, milli kontentin geriyə miqrasiya prosesini sürətləndirir.

Son vaxtlaradək Azərbaycan saytlarının 97%-i ölkə xaricində, o cümlədən, Almaniyada və ABŞ-da yerləşən serverlərdə yerləşdirilirdi.

Aynur Vəliyeva



Baxış sayı: 815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024