12px13px15px17px
Tarix:25/05/13

“Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək

29-30 may tarixlərində Moskva şəhərində "Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, mayın 31-də isə Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) qərargahında BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 64-cü iclası keçiriləcək. Qeyd edək ki, sözügedən konfrans və iclas ötən ilin 17-18 may tarixlərində İtaliyanın Roma şəhərində Rumıniyanın Mədəniyyət Mərkəzi Romaniya Akademiyasında keçirilib.

Tədbirdə 22 dövlətin nümayəndəsi iştirak edib. Mayın 18-də keçirilən BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin (SNK) növbəti 63-cü iclasında 64-cü iclasın Rusiya Federasiyasının Moskva şəhərində keçirilməsi qərara alınıb, həmçinin SNK-nın növbəti iclasının ilkin proqramı qəbul edilib, eyni zamanda BETİM-ə üzv dövlətlərin SNK sədrinin səlahiyyətləri Rusiya Federasiyası nümayəndəsinə verilib.

HƏQİQƏT



Baxış sayı: 977

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024