12px13px15px17px
Tarix:27/05/13

E-ticarət və onlayn reklam vergiləri necə tənzimlənir?

Azərbaycanda sürətlə genişlənən sahələrdən biri də elektron ticarətdir. Çünki əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, internetin keyfiyyətinin yüksək, qiymətinin isə aşağı olması kontekstində istifadəçilərinin sayının artması sektorun bu seqmentinin genişlənməsinə rəvac verir. Artıq ölkədə bir çox sahələri əhatə edən elektron mağazalar yaradılıb.

Onların bir çoxu satdıqları malın pulunu elektron qaydada alırsa, digərləri isə müştərilərin etibarını qazanmaq üçün alıcılara ödənilşləri nağd həyata keçirməyə imkan yaradır. Yəni alıcı istədiyi malı internet vasitəsilə sifariş verir, e-mağaza sahibi isə sifariş verilən əmtəəni müştərinin evinə çatdırır, bundan sonra isə nağd ödəmə şəkildə alqı-satqı baş verir. Bəs bu zaman vergi məsələləri necə həll olunmalıdır?

Əgər e-mağaza sahiblərinin heç bir obyekti yoxdursa, sadəcə, internet üzərindən alqı-satqı edirsə və bunun müqabilində sifarişi mənzillərə çatdırırsa, bu zaman vergi ilə bağlı hansı məsələləri bilməlidir?

“ICTnews.az” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən bildirilib ki, hazırda elektron dükan sahiblərini ən çox maraqlandıran suallardan biri də e-ticarət və onlayn reklam zamanı vergilərin hansı formada ödənilməsi məsələsidir: «Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri istisna edilməklə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyicilərinin belə hesablaşmaları NKA vasitəsilə həyata keçirmələri müəyyənləşdirilib.

Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyaları və digər məcburi ödənişləri ödəmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib».

Nazirlikdən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları tətbiq edilmədən aparılan vergi ödəyiciləri isə nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları olan mədaxil qəbzi və s. ilə rəsmiləşdirməklə aparmalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrünə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir:

«Eyni zamanda Vergi Məcəlləsinin 71-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, Vergi Məcəlləsinə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə və qeyd olunan uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludur. Göstərilənlərə əsasən vergi ödəyicisi kimi öz fəaliyyətiniz ilə bağlı olan bütün əməliyyatlarınızın başlanğıcı, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən müvafiq uçot aparılmalı, sahibkarlıq fəaliyyətinizlə bağlı əldə edilən gəlirlərinizdən seçdiyiniz vergitutma sisteminin tələblərinə uyğun olaraq ümumi qaydada müvafiq vergiləri hesablamalı və bəyan edilməklə hesablanmış vergiləri dövlət büdcəsinə ödəməlisinız, əks halda vergi ödəyicisinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları tətbiq edilir».

SEYMUR



Baxış sayı: 1509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye