12px13px15px17px
Tarix:27/05/13

“Bakcell” şirkəti “Mançester Yunayted”in futbol məktəbini Azərbaycana gətirir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Bakcell ilə futbol” proqramı çərçivəsində tam yeni layihəyə start verir.

Dünyanın ən məşhur futbol klublarından olan "Mançester Yunayted" ilə əməkdaşlıq edən “Bakcell” Azərbaycan futboluna yatırım etməkdə davam edir.

Daha öncə “Bakcell ilə futbol” proqramı çərçivəsində “8-ci KM stadionu”nu “Bakcell Arena”ya çevirən, Bakının müxtəlif rayonlarında tam təminatlı futbol meydançalarını istifadəyə verən “Bakcell” şirkəti, “Mançester Yunayted”in futbol məktəbinin məşqçilərini Azərbaycana gətirir.


Bununla futbola sərmayə yatırımını tam yeni müstəviyə çıxaran “Bakcell”, azərbaycanlı gənclərə istedadlarını ortaya çıxarmaq və gələcəyin ulduzlarına çevrilmək imkanı yaradır.

Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançester Futbol Məktəbi” dünya futboluna Devid Bekhem, Pol Skoulz və Rayan Qiqz kimi əfsanələri bəxş edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıt) məktəbə seçim turları təşkil olunacaq.

Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda - “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted”in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər. Bakı və regionlar üzrə təşkil olunacaq seçim turlarının yer və vaxtları:

• 11-12 iyun, Gəncə ş. AFFA futbol meydançası (Nizami Gəncəvi küç. 26. “Deluxe” otelinin yanı)

• 14 iyun, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (İslamzadə küç.24)

• 17 iyun, Lənkəran şəhər Olimpiya Kompleksi (“Palmolife” otelinin yanı)

• 19 iyun, Sumqayıt ş. AFFA futbol meydançası (10-cu mkr, 1-ci binanın qarşısı)

• 21-22 iyun, Bakı ş. Bayıl Arena Təlim-məşq toplantısının nəticələrinə uyğun seçilən 5 gənc istedad Mançesterə səfər edib, əfsanəvi “Old Trafford”, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də, komandanın təlim-məşq bazasını görə biləcəklər.

RƏVAN



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti