12px13px15px17px
Tarix:27/05/13

Şirkətlərin təxminən 60%-i öz şəbəkələrinə nəzarət etmirlər

Əksər şirkətlər korporativ şəbəkələrinin daxilində hansı proqram və qurğuların istifadə olunmasına yetərincə diqqət ayırmırlar. "Kasperski Laboratoriyası" və “B2B International” müstəqil şirkətinin ekspertləri birgə araşdırma zamanı belə nəticəyə gəliblər.

Təhlilə əsasən, şirkətlərin 57%-i proqramlara nəzarət etmək üçün xüsusi alətlər tətbiq etmir və 56%-i isə kənar qurğuların qoşulmasına nəzarət etmirlər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecuruty.ru” saytına istinadən bildirir ki, bununla yanaşı, kibercinayətkarlar sistemləri virusa yoluxdurmaq üçün bir çox vasitələrdən istifadə edirlər. Məsələn, populyar proqramın tərkibinə zərərli proqram təminatı daxil edilə bilər və onu korporativ mühitdə icra edəcək şirkətin istənilən əməkdaşı şirkətin bütün İT infrastrukturunu təhlükə altına qoymuş olacaq.

Bu cür hadisələrin qarşısını almaq üçün korporativ şəbəkədə quraşdırma və proqramların icra edilməsinə nəzarət edən xüsusi İT təhlükəsizlik siyasəti tətbiq edilməlidir. Lakin tədqiqata əsasən, şirkətlərin 17%-i ya proqramlardan istifadəyə nəzarət etməyə imkan yaradan texnologiyalardan xəbərsizdirlər və ya onları istifadə etməkdə maraqlı deyillər.

Emil Hüseynov



Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024