12px13px15px17px
Tarix:27/05/13

«Sosial media və təmsilçilik: zamanın internet məkanında faydalı istifadə metodları» mövzusunda panel keçirilib

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü Ümumukrayna Forumu çərçivəsində "Sosial media və təmsilçilik: zamanın internet məkanında faydalı istifadə metodları" mövzusunda panel keçirilib.

Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini Mirhəsən Seyidov məlumat verib. Onun sözlərinə görə, paneldə "Azərbaycan" qəzetinin redaktoru İxtiyar Hüseynli, jurnalist, blogger Azər Qəribov, jurnalist, teleaparıcı Xoşqədəm Baxşəliyeva və "İRƏLI" İctimai Birliyinin sədri Rauf Mərdiyev qonaq qismində iştirak ediblər. Onlar bildiriblər ki, indiki müasir zamanda hər bir internet istifadəçisi artıq informasiya yayımçısıdır.

Çünki medianın sosiallaşması artıq kütləvi informasiya vasitələri ifadəsinin məzmunca və xaraktercə mahiyyətinin dəyişdiyini göstərir. M.Seyidov qeyd edib ki, hər bir insanın informasiya yayan qismində çıxış etməsi artıq o deməkdir ki, internetə çıxışı olan insan xəbər mənbəyidir. Məhz hər bir istifadəçinin öz gördüyünü foto və ya video formatda paylaşması, hansısa problemi qabartması və onun ətrafında müzakirə açılması sosial şəbəkələri medianın bir növünə çevirib.

«Lakin bu, o demək deyil ki, xəbər sosial şəbəkələrdə yayılırsa, onun məsuliyyəti digərlərindən azdır».

Tədbirdə qeyd olunub ki, fərdi informasiya vasitələrinin yarandığı dönəmdə fərdi məsuliyyət daha da önə çıxır. Panelin mövzusu tələbələrin xüsusilə marağına səbəb olub.

Onlar internetin imkanlarından necə əlverişli yararlanmaq, sosial medianın verdiyi üstünlükləri təmsilçilik fəaliyyətinə necə tətbiq etməklə bağlı suallar veriblər. Panelin qonaqları tövsiyə ediblər ki, hər bir azərbaycanlının, xüsusilə tələbələrin sosial mediada aktivliyi məhz vətənpərvərlikdən kənar olmamalı, hər addımında vətənini düşünməlidir.

SEYMUR



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024