12px13px15px17px
Tarix:29/05/13

Məktəblilər arasında «online» ümumrespublika bilik yarışması keçirilib

Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə məktəblilər arasında “online” qaydada vergilərlə bağlı ümumrespublika bilik yarışması keçirilib.

Bu barədə adıçəkilən nazirlikdən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, cari ilin may ayının 15-dək Bakı şəhəri Vergilər Departamentinin və ərazi vergilər idarələrinin əhatə etdiyi şəhər və rayonların orta məktəb şagirdləri arasında ilkin yarışma və müsabiqələr aparılıb, hər yaş qrupu üzrə bir şagird olmaqla ümumrespublika bilik yarışmasında iştirak etməli olan 39 nəfər namizəd müəyyən edilib.

Yarışma 3 yaş qrupu üzrə - III-V, VI-VIII və IX-XI sinif şagirdlərini əhatə etməklə test üsulu ilə, hər qrupa görə ayrıca sual bazası əsasında aparılıb. “Online” müsabiqə iştirakçıların yaşadığı yerə yaxın vergi ödəyicilərinə xidmət mərkəzində və ya vergi orqanında videomüşahidə imkanı yaradılmaqla şəffaf şəraitdə keçirilib. İştirakçılar 90 dəqiqə ərzində müvafiq vergi dərsliklərinə uyğun olaraq sualları cavablandırıb.

III-V sinif şagirdləri 25 suala, VI-VIII sinif şagirdləri 30 suala, IX-XI sinif şagirdləri isə 35 suala cavab veriblər. Suallara daha çox düzgün və tez cavab verən şagirdlər nəticələrə uyğun olaraq hər yaş qrupu üzrə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb, diplomlarla təltif ediliblər.

SEYMUR



Baxış sayı: 834

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024