12px13px15px17px
Tarix:29/05/13

Azərbaycanda ilk “Microsoft IT Academy” açıldı

"Microsoft" Korporasiyasının ilk "Microsoft IT Academy" tədris mərkəzi Odlar Yurdu Universitetində (OYU) açılıb. Belə ki, OYU-nun nəzdində 29.04.2013–cü il tarixində qeydiyyatdan keçmiş "Microsoft IT Academy" fəaliyyətə başlayıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Odlar Yurdu Universitetinin prorektoru Salam Əliyev bildirib ki, "Microsoft IT Academy" təlim modeli təhsil müəssisəsi daxilində İT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır: "Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimlərdən keçdikdən sonra imtahan verib "Microsoft"un sənaye sertifikatlarını (Microsoft Office Specialist və Microsoft Technology Associate) ala bilərlər.

İT Akademiyası çərçivəsində dərslərin yeni tədris ilindən başlaması nəzərdə tutulub. OYU-nun tələbələri həm auditoriya şəraitində, həm də "Microsoft e-Learning Central" vasitəsilə onlayn təlim keçəcəklər. "Bulud" texnologiyaları bazasında yaradılan bu tədris sistemi hər bir tələbəyə internet vasitəsilə onlayn rejimdə əlavə təlimlər keçmək və imtahan verərək sertifikat almaq şansı verəcək. Bununla da OYU-nu bitirmiş tələbələr peşə karyeralarını yalnız universitetin diplomu ilə deyil, "Microsoft"un dünyada tanınmış sertifikatları ilə də bitirmiş olacaqlar".

Bununla yanaşı, OYU-nun müəllim və tələbə heyəti "Office 365" xidməti çərçivəsində korporativ elektron ünsiyyət xidmətləri (e-poçt, audio və videokonfrans, fayl paylaşımı) ilə təmin olunmaqdadır:

"Universitetin hər bir müəllim və tələbəsi bütün yazışmalarını universitetin təqdim etdiyi rəsmi e-poçt qutusu vasitəsilə həyata keçirəcəklər. Bu təşəbbüs vasitəsilə universitet "Elektron Universitet" layihəsinin tətbiqini asanlaşdırmış olacaq".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020