12px13px15px17px
Tarix:29/05/13

Bil Qeyts planetin ən zəngin insanıdır

Planetin ən zəngin insanlarının siyahısında (Bloomberg Billionaires Index) “Microsoft” korporasiyasının banisi Bill Qeytslə Meksika media maqnatı Karlos Slim arasındakı fərq 5.1 milyard dollar olub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü il mayın 29-na olan məlumata əsasən, Qeytsin varidatı 72,9 milyard dollar həcmində qiymətləndirilib, Slimin varidatı isə 67,8 milyard dollara bərabərdir ki, bu da əvvəl səsləndirilmiş məbləğdən təxminən 7.4 milyard aşağıdır.

“America Movil” telekommunikasiya imperiyasının səhmlərinin 14%-lik azalması buna səbəb olub, çünki Slim səhmlərin 44%-nə sahibdir.

Xatırladaq ki, Qeyts 1995-ci ildən “Bloomberg Billionaires Index” indeksində 13 il ardıcıl birinci yerdə qərarlaşıb. 2008-ci ildə Amerika investoru Uorren Baffett birinci olub. Bill Qeyts 2009-cu ildə birinciliyi yenidən geri qaytarsa da, 2010-cu ildə bu titulu itirmişdi.

Emil Hüseynov



Baxış sayı: 818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024