12px13px15px17px
Tarix:29/05/13

Xəbər saytlarının monitorinqi keçiriləcək

Mətbuat Şurası (MŞ) tərəfindən Azərbaycanda fəaliyyət göstərən və ictimai rəyə təsir edən xəbər portallarının monitorinqi keçiriləcək. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə MŞ-dan məlumat verilib.

Qurumdan bildirilib ki, Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "Media və ana dilimiz: mövcud durum və perspektiv vəzifələr" mövzusunda layihənin icrasına başlayıb.

Sözügedən layihə səkkiz ay davam edəcək: Layihə çərçivəsində ölkənin aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, eləcə də xəbər portallarının monitorinqi keçiriləcək, onlarda ana dilindən istifadə xüsusiyyətlərinə diqqət yetiriləcək.

Bundan başqa, layihə çərçivəsində tematik tədbirlər, konfrans və "dəyirmi masa"lar təşkil olunacaq.

Qeyd edək ki, bu layihə Mətbuat Şurasnın hər il medianın ana dilindən istifadəsinə dair gerçəkləşdirdiyi layihənin davamı kimi nəzərdə tutlur.

SEYMUR



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024