12px13px15px17px
Tarix:30/05/13

Prezident İlham Əliyev: "Biz Azərbaycanda kosmos sənayesini inkişaf etdirmək əzmindəyik"

“Əməkdaşlığımızın bariz nümunəsi bu il fevral ayında Azərbaycanın ilk peykinin fəzaya çıxarılması idi. Bu peykin adı “Azərspace-1”dir. Bu, elə onun işarəsidir ki, bundan sonra əlavə peyklər də qurulacaqdır. Biz Azərbaycanda kosmos sənayesini inkişaf etdirmək əzmindəyik. Bu əməkdaşlıq qarşılıqlı faydalı bir əməkdaşlıqdır. Bu, bizə müasir texnologiyalara sərmayələrin qoyulmasına, təhsil, insan kapitalına sərmayələrin qoyulmasına imkan verir. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Biz fərəhlənirik ki, Azərbaycan tam sərbəst media və internet məkanıdır. Hər ölkədə azad internet mövcud deyildir. Azərbaycanda internet istifadəçiləri 70 faizə çatır və bu rəqəm artmaqdadır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilmiş Azərbaycan-ABŞ Forumunun rəsmi açılış mərasimindəki çıxışından



Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024