12px13px15px17px
Tarix:30/05/13

Gənclərin biznesdə innovativ yanaşmaları yoxlanacaq

Azərbaycanda “Bizim sahibkarlıq fəaliyyətimiz (Enactus)” beynəlxalq proqram üzrə VIII Milli yarış keçiriləcək. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Qeyd edək ki, "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub.

1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılıb və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı reallaşıb. 2005-ci ildən Azərbaycan “Enactus” proqramına qoşulub, 2006-cı ildən isə Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə “Enactus” proqramına 50-yə yaxın ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə qoşulub.

“Enactus” proqramı üzrə milli yarışların keçirilməsində məqsəd – sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həyatlarının müsbətə doğru dəyişdirilməsidir.

“Enactus” proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes-etikanın gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda müəyyən edilir.

Qeyd etmək lazımdır ki, “Enactus” proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır. 2012/2013 tədris ilində “Enactus” proqramına 13 komanda qoşulmuş və 30-31 may 2013-cü il tarixində keçiriləcək milli yarışda icra olunmuş layihələrin təqdimatı aparılacaqdır. Layihələri münsiflər heyəti “Enactus” meyarları əsasında seçəcək. Münsiflər heyəti dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən seçilib.

Qalib komanda ölkəmizi Meksikanın Kankun şəhərində keçiriləcək Dünya Kuboku yarışında təmsil edəcəkdir. “Enactus” beynəlxalq proqram üzrə VIII Milli yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun, “AG Bank” ASC-nin, “Nobel Oil” MMC-nin və “KPMG Azərbaycan” şirkətinin maliyyə və təşkilati dəstəyi ilə keçirilir. “Enactus” proqramı üzrə VIII Milli yarışın açılış mərasimi bu gün “Monolit Plaza” otelində keçiriləcək.

SEYMUR



Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti