12px13px15px17px
Tarix:30/05/13

“YouTube”-da videoların sürətini azaltmaq mümkün olacaq

"YouTube"-da çarxlar üçün redaktorda istifadəyə verilmiş yeni alət yavaş çəkiliş (slow-motion) effektini tətbiq etməyə imkan verir. Videonun göstərilmə sürəti əvvəlkindən fərqli olaraq 12,5, 25 və ya 50% azaldıla bilər.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, yeni funksiyadan istifadə etmək üçün "Video meneceri"nə daxil olmaq, çarxın sağında yerləşən "Dəyişdirmək" düyməsinə sıxmaq, daha sonra "Videonu təkmilləşdirmək" əlavəsinə keçmək lazımdır.

Əgər dəyişiklikləri bəyənmədinizsə, onu dərhal ləğv etmək olar.

Xatırladaq ki, "YouTube"-da çarxların redaktəsi funksiyası 2011-ci ilin sentyabrında istifadə verilib. Redaktordakı alətlər sayəsində, məsələn, şəkli saat əqrəbi və saat əqrəbinin əksinə döndərmək, işığın səviyyəsinə düzəliş etmək, təsviri sabitləşdirmək və sairə kimi imkanlar mümkündür.

Emil Hüseynov



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024