12px13px15px17px
Tarix:30/05/13

Telekommunikasiya sahəsində “Argela” şirkəti ilə birgə müxtəlif layihələrin həyata keçirilməsi üzrə işlər aparılır

Ölkəmizdə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahədə silsilə tədbirlərin reallaşmasını gündəmə gətirib. Hazırda “İKT ili” üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanan Tədbirlər Planının icrası davam edir.

Sözügedən sənəddə yer almış tədbirlərin icrasında məsul qurum və icraçılarla yanaşı, müxtəlif qurumların iştirakı da təmin edilir. Bu sahədə həyata keçirilən layihələrdə əməkdaşlıq edilən şirkətlərdən biri də Türkiyənin “Argela” Telekommunikasiya şirkətidir.



Qeyd edək ki, bu yaxınlarda istismara verilmiş “Mobil Cihaz Qeydiyyat Sistemi”, eyni zamanda istismara verilməsi planlaşdırılan “Mobil nömrə daşınması xidməti” layihələrinin reallaşdırılmasında “Argela” şirkətinin mütəxəssislərinin rolu böyük olub. Belə ki, avadanlıqların həm operator hissəsində, həm də Mərkəzi baza sistemində quraşdırılması, onların biri-birləri ilə əlaqələndirilməsi “Argela” şirkəti ilə birgə təşkil edilib. Bundan başqa, layihə üzrə test-sınaq işlərinin həyata keçirilməsi, eyni zamanda onun müvəffəqiyyətlə nəticələnməsi və s. kimi işlərdə də şirkətin xidmətləri danılmazdır. Hazırda respublikamızın telekommunikasiya sahəsində “Argela” şirkəti ilə birgə müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində işlər aparılır.




Şirkətin fəaliyyətinin əhatə dairəsinə gəlincə, əsası 2004-cü ildə qoyulan və baş ofisi İstanbulda yerləşən şirkətin bu gün Ankara ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Ərəb Əmirliklərində də ofisləri mövcuddur.

Ötən müddətdə daha da məşhurlaşan “Argela” hazırda dünyanın 20-dən çox ölkəsində tanınmış telekommunikasiya şirkətləri ilə (Türk telecom, Avea, TTNET, Claro, Geocell, Turkcell, Kuzey Kıbrıs Turkcell, Ucell, Life, Bakcell, Kcell, Moldcell, Airtel) iş birliyindədir. Bir sözlə, “Argela” dəqiq və qabaqcıl, mükəmməl həlli yolları vasitəsilə gəlirlərini və istehlakçı məmnunluğunu artırmağa, xərclərin qarşısını almağa və kadr axınını azaltmağa yardım etmək məqsədilə dünyanın telekommunikasiya operatorları ilə yaxından əməkdaşlıq edir. “Argela” şirkətinin əsas məhsul və həllərinə isə İnternet TV, ünvanlı reklam, göstəricilərin monitorinqi, tənzimləyici həllər – mobil nömrələrin daşınması, mobil cihazların qeydiyyatı daxildir. Bundan başqa, şirkət istehlak proqramları, İN həlləri, şəbəkə konvergensiyası, İMS proyektlər üzrə də kifayət qədər ixtisaslaşıb.



“Argela”nın ən son yeniliyi olan “Argela İnteraktiv Avatar” müştərilərə yeni kommunikasiya vasitələrilə tanış olmağa və özlərini yenidən kəşf etməyə imkan yaradan ən yeni həll yoludur. “Argela” həmçinin müxtəlif layihələr üzrə “Qlobal İndustriya”nın “Best IP TV”, “Hybrid or Connected TV Service Growth Achievement Award” mükafatına layiq görülüb. Bundan başqa, “Argela” femtosell və daha kiçik sellərin həlli yollarının qabaqcıl provayderidir. Şirkət femtosell texnologiyasına görə “Gartner” tərəfindən “Cool Vendor” (“Təmkinli Satıcı”) adlandırılıb.

Small Cell Forumunun da üzvü olan “Argela” kiçik sel bazarı ilə bağlı vacib məsələləri və problemləri həll etmək və bütün dünyada kiçik selin uğur qazanması və istifadə edilməsi üçün vacib olan industriya standartlarını işləyib hazırlamaq məqsədilə digər ekosistem iştirakçıları, şəbəkə operatorları, habelə digər həlli yolları provayderləri ilə fəaliyyətini davam etdirir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Aprel 2020

07/04/20
Qrafik prosessor istehsalçısı “COVID-19” ilə mübarizə üçün “HPC” konsorsiumuna qoşulub

“NVIDIA” şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn “High Performance Com

07/04/20
“Snapdragon 712” prosessoru və ikiqat selfi kamera ilə təchiz edilmiş “vivo V19” smartfonu təqdim edilib

“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

07/04/20
“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi mask

07/04/20
“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim

06 04 2020

06/04/20
Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 

06/04/20
“Skype”ın yeni funksiyası qeydiyyatsız və proqram quraşdırmadan ünsiyyət saxlamağa imkan verir

“Skype”da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğud

06/04/20
Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəs

06/04/20
“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır

Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çət

06/04/20
Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

Kibertəhlükəsizlikdə ixtisaslaşan “Herjavec Group” şirkətinin baş direktoru Robert Eryaves koronavirus in

06/04/20
İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?

Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seq

06/04/20
“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

“Xiaomi” şirkətinin daşınan elektronika çeşidinə “Haylou” brendinə məxsus yeni “ağıllı” saat əlavə ed

06/04/20
“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə he

06/04/20
Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Bray

06/04/20
Ən məhsuldar “Android” smartfonları məlum olub

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısın