12px13px15px17px
Tarix:30/05/13

Azərbaycan “Seed Forum” layihələrində iştirak edəcək

«StartUp Azerbaijan» proqramının iştirakçıları üçün sərmayədarlarla "Seed Forum" beynəlxalq görüşlərdə iştiraka hazırlıq üzrə treninq keçiriləcək. "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Seed Forum"un nümayəndəsi Rando Pərna, "StartUp Azerbaijan"ın təşkilatçılığı və "Best Solutions" şirkətinin dəstəyi ilə iyunun 8-də investorlarla görüşə ilkin hazırlıq üzrə birgünlük treninq keçiriləcək.

Treninq çərçivəsində eyni zamanda Azərbaycanın "Seed Forum" layihələrində iştirakı məsələləri ilə bağlı danışıqlar aparılacaq. "Seed Forum"un treninqlərini uğurla keçmiş şirkətlər, gələcəkdə öz layihələrini Londonda, Sinqapurda və Dubayda, "Seed forum"un beynəlxalq meydançalarında yüksək texnoloji şirkətlərin peşəkar sərmayədarlarına nümayiş etmək imkanı əldə edəcəklər.

"Seed Forum"un 40-dan çox ölkədə nümayəndəlikləri var və bu ölkələrdə investisiya forumları keçirilir. "Seed Forum" şəbəkəsinin investisiya aktivliyində 16 mindən çox peşəkar investor iştirak edir. Hər il iki min ətrafında yüksək texnoloji startap təqdim edilir, "Seed Forum" mövcudluğu tarixi ərzində 1700-dən çox şirkət uğurla maliyyələşmə cəlb ediblər və "Alumni Global" təşkilatının şəbəkəsinin bir hissəsidir.

Aynur Vəliyeva



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024