12px13px15px17px
Tarix:31/05/13

Dostunu gətir, 50 mb/saniyə sürətli internet qazan!

"Aktiv ol" xidməti bütün istifadəçilərinə 50 mb/saniyə sürətli internetdən faydalanmaq imkanı verir. "ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə xidmətin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, dostlarını, yaxınlarını xidmətdən istifadəyə dəvət etməklə 50 mb/ saniyə bonus sürət qazanmaq mümkündür. İstənilən tarif planına qoşulmuş müştəri yalnız aylıq ödəniş etməklə bonusu qazana bilər. Əlavə ödəniş tələb olunmur.

Bonus sürətdən istifadə müddəti yeni müştərinin aktivləşməsindən sonra 30 gün davam edir və hər gətirilən dost üçün əlavə bonus günləri artırılır.

Qeyd edək ki, kampaniya şərtləri yalnız aktiv statusuna malik müştərilərə şamil edilir. Xidmət imtina və ya müvəqqəti dayanma statusunda olmamalıdır. Hüquqi şəxslər və artıq mövcud müştərilər yeni müştəri qismində cəlb oluna bilməz.

CAHANGİR



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024