12px13px15px17px
Tarix:31/05/13

“iPod touch” pleyerlərinin satış həcmi 100 milyonu ötüb

"iPod touch" pleyerlərinin bazara çıxarılması anından (2007) etibarən sözügedən yığcam musiqi pleyerlərinin satış həcmi 100 milyonu ötüb. Bu barədə cihazın yeni modeli istifadəyə verilən gün məlum olub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti ənənəsinə sadiq qalaraq pleyerlərinin modellərə görə deyil, satış həcminə görə statistikasını açıqlayıb. İkinci maliyyə rübündə 5,6 milyon "iPod" pleyeri satılıb ki, bu da ötən illə müqayisədə 56% azdır. İstehsalçının musiqi pleyerləri seqmenti üzrə gəlir həcmi 55% azalaraq 962 milyon dollar olub.

Xatırladaq ki, ilk "iPod touch" pleyeri 2007-ci il sentyabrın 14-də təqdim edilib. "iPod touch 5G" pleyeri 1136x640 piksel təsvir ölçülü 4 düymlü ekran, ikinüvəli "Apple A5" prosessoru, "Wi-Fi" və "Bluetooth 4.0" simsiz rabitə modulları, həmçinin videozənglər üçün ön hissədə "FaceTime HD" kamerası ilə təchiz edilib.

Emil Hüseynov



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024