12px13px15px17px
Tarix:01/06/13

Azərbaycanda ilin əvvəlindən qeydiyyatdan keçmiş milli domen adlarının xalis artımı 1252 domen təşkil edib

Azərbaycanda bu günə kimi 17778 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir. "ICTnews" xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu il ölkədə cəmi 2677 domen qeydə alınıb, 1225-i qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1452 olub.

Hazırda Azərbaycanda 16581 -*.az, 705 -*.com.az, 175 -*.edu.az, 96 -*.org.az, 57 -*.net.az, 42 -*.int.az, 39 - *.co.az, 39 -*.pp.az, 23 -*.info.az, 11 - *.biz.az, 3 -*.name.az, 1 -*.mil.az, 1 - *.pro.az və 8 coğrafi adlardan ibarət domen adları istifadə olunur. Son üç ildə *.az domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici – 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə – 5478 olub.

Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci ildə *.az domeninin xalis artımı 3039 təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur. Bu ilin birinci kvartalında müşahidə olunan artım tempi davam etdiyi halda, ilin sonuna kimi milli domenlərin xalis artımının 4500-dək təşkil edəcəyini gözləmək olar.

Aynur Vəliyeva



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024