12px13px15px17px
Tarix:01/06/13

Tələbələrarası onlayn “I Tərcümə Festivalı” layihəsinə start verilir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tamam fərqli formatda tələbələrarası onlayn "I Tərcümə Festivalı" layihəsinə start verir. "ICTnews" elektron xəbər xidmətinə ATGTİ-dən bildirilib ki, müsabiqə 3 nominasiya: İngilis-Azərbaycan; Fransız-Azərbaycan; Alman-Azərbaycan dilləri üzrə keçiriləcək. İxtisasından asılı olmayaraq, bu müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələrinin 1-4-cü kurs tələbələri iştirak edə bilər.

Müsabiqə 2 mərhələdən - mətn parçası tərcüməsi; ikinci mərhələ isə sinxron tərcümə ilə bağlıdır.

Münsiflər heyəti tərəfindən ediləcək dəyərləndirmə nəticəsində hər bir nominasiya üzrə iştirakçıları müxtəlif mükafatlar və diplomlar gözləyir. I yer: "Samsung Tab 2"; II yer "Nexus 7 Tab"; III yer "Pocketbook" ilə mükafatlandırılacaq. Hər iki mərhələ "http://tercumefestivali.com/" saytı vasitəsilə onlayn olaraq həyata keçiriləcək. I mərhələ üçün iştirakçılar internet üzərindən saytda qeydiyyatdan keçdikdən sonra daxil edilmiş mətn parçasını müvafiq vaxt ərzində tərcümə edəcəklər.

I mərhələni uğurla başa vurmuş iştirakçılar final mərhələsində iştirak etmək hüququ qazanacaq. II mərhələ sinxron tərcümə formatında həyata keçiriləcək. İlk mərhələnin keçirilmə tarixi iyunun 9-dur.

Qeyd edək ki, sözügedən sayt yalnız 9 iyun tarixində fəaliyyət göstərəcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 950

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024