12px13px15px17px
Tarix:01/06/13

"Google" dünyanın ən böyük media şirkəti adına layiq görülüb

"ZenithOptimedia" agentliyinin gəldiyi nəticəyə əsasən, "Google" şirkəti dünyanın ən böyük media korporasiyası adına layiq görülüb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "YouTube" videohostinqi və "Google+" sosial şəbəkəsi internet nəhənginin əsas media aktivləri adlandırılıb. Hesabatda, həmçinin qeyd edilib ki, 2012-ci ilin dekabrına olan vəziyyətə əsasən, görə internet şirkətin axtarış bazarında payı 62% olub. "ZenithOptimedia" agentliyinin qiymətləndirməsinə görə, "Google" şirkətinin internet reklam bazarında payı 49 faiz təşkil edir. Axtarış reklamı bazarında bu göstərici 82 faizə bərabərdir.

Tədqiqatçılar 2012-ci ildə "Google"un media aktivlərdən əldə etdiyi gəlirin həcmini 37,9 milyard dollar həcmində qiymətləndiriblər ki, bu da ABŞ-ın ən böyük televiziya yayımı "DirecTV" qrupunun müvafiq göstəricisindən 39% çoxdur.

Hesabatda deyilib ki, "Google"un əsas uğur amili şirkət tərəfindən hazırlanmış axtarış alqoritmi ilə bağlıdır. 30 ən böyük media korporasiya siyahısında, həmçinin "Yahoo!" (15), "Microsoft" (26) və Facebook (27) yer alıb.

Xatırladaq ki, "Top Thirty Global Media Owners" reytinqi 2007-ci ildən tərtib edilir.

Emil Hüseynov



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024