12px13px15px17px
Tarix:01/06/13

Mərkəzi Bank yeni elektron nəşrini istifadəyə verib

Mərkəzi Bank yeni elektron nəşrinin – rüblük "Tədqiqat bülleteni"nin buraxılışına başlayıb. "ICTnews" elektron xəbər xidmətinin MB-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bülletendə qlobal beyin mərkəzlərinin araşdırmalarının və analitik hesabatlarının icmallaşdırılması, Mərkəzi Bankda aparılmış tədqiqat layihələrinin xülasə şəklində ümumiləşdirilməsi əks olunur.

Aparılan işlər barədə ictimaiyyətin məlimatlandırılması bir tərəfdən qlobal və milli iqtisadiyyat haqqında ən mühüm informasiyanın istifadəçilərə ötürülməsində, digər tərəfdən isə profesional auditoriyanın fundamental tədqiqatlarda tətbiq olunan yanaşmalar və tədqiqatların nəticələrinin praktiki əhəmiyyəti ilə tanış etməkdə xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, rüblük bülletenin ilk nömrəsi Mərkəzi Bankın internet səhifəsində (http://cbar.az/assets/2760/Tedqiqat_bulleteni.pdf) yerləşdirilib.

CAHANGİR



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024