12px13px15px17px
Tarix:03/06/13

“Nar Mobile”-dan dəstək: “Dünyanı dəyişən alimlər”

Millət vəkili Qənirə Paşayevanın “Dünyanı dəyişən alimlər” adlanan yeni kitabının təqdimatı keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimatda alimlər, millət vəkilləri, müxtəlif nazirlik nümayəndələri və KİV-in təmsilçiləri iştirak edib.

“Nar Mobile” və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB)-nin dəstəyi ilə “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən “Dünyanı dəyişən alimlər” kitabı uşaqlara, yeniyetmə və gənclərə, ümumən elmlə, təhsillə maraqlanan bütün Azərbaycan oxucularına bir töhfə olub, respublikanın aparıcı kitabxanalarına, böyük elm-təhsil və mədəniyyət mərkəzlərinə, habelə Gənclər evlərinə, böyük məktəblərin kitabxanalarına Qənirə Paşayeva tərəfindən hədiyyə olunacaq.

Missiyası, mandatı adından bəlli olan kitab, Azərbaycanda öz formatına, məzmun-mündəricəsinə görə azsaylı nəşrlərdən sayıla bilər. ABAİ İB sədri, millət vəkili, dr. Q.Paşayevanın tərtibçi-müəllifi olduğu “Dünyanı dəyişən alimlər"in məsləhətçiləri AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, prof. dr. Hamlet İsaxanlı və prof. dr. Qəzənfər Paşayev, redaktorları Əkbər Qoşalı və Sərvaz Hüseynovdur.

Ölkədə təhsilin inkişafına xüsusi önəm verən “Nar Mobile”, təhsilə marağın artırılmasına və elmin inkişafına yönələn layihələri hər zaman dəstəkləyərək, bu istiqaməti Korporativ Sosial Məsuliyyət Strategiyasının bir hissəsinə çevirib.

Tədbirdə çıxış edən qonaqlar Azərbaycan gəncliyinin kitaba dönüşünə də töhfə sayıla biləcək bu aksiyanın önəmini vurğulayaraq, yeni nəsillərin elmə, təhsilə motivasiya olunmasında təsirsiz ötüşməyəcəyini və sözügedən kitabın ümumən geniş oxucu kütləsi üçün maraqlı və gərəkli olacağına ümidvar olduqlarını bildiriblər.

RƏVAN



Baxış sayı: 485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020