12px13px15px17px
Tarix:03/06/13

Ən nazik oyun noutbuku yaradılıb

Amerikanın "Razer" ticarət markası 16,8 millimetr qalınlığında oyun noutbuku təqdim edib. Şirkətin iddiasına əsasən, sözügedən cihaz hazırda bazarda ən nazik modeldir. Noutbukun qiyməti 1800 dollardır.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Razer Blade" noutbuku dördüncü nəsil "Intel Core" prosessoru, 2 QB yaddaşa malik ən yeni "Nvidia GeForce GTX 765M" qrafik kontrolleri və "SSD" yığıcı ilə təchiz edilib. Xatırladaq ki, "SSD" yığıcı fırlanma tezliyi 5400 dövr/dəq təşkil edən sərt disklə müqayisədə yüklənmə müddətini 4 dəfə azaldır. "Razer Blade" noutbukunda ekranın diaqonalı 14 düym, təsvir ölçüsü 1600 x 900 pikseldir.

Daxili "Dolby Home Theatre v4" audiosistemi var. Sözügedən cihaz üç ədəd "USB 3.0" portu, "HDMI 1.4a", qulaqlıq və mikrofonun qoşulması üçün konnektorlar, "Wi-Fi" və "Bluetooth 4.0" modulları ilə təchiz edilib. "Razer Blade" noutbukunun içliyi 16,8 mm qalınlığında alüminium korpusa yerləşdirilib.

Korpusun uzunluğu 345 mm, eni 235 mm-dir. Çəkisi 1,9 kq-dır. "Razer Blade" noutbuku standart konfiqurasiyada 8 QB əməli yaddaş (1600 MHs) və 128 QB həcmində "SSD" yığıcı ilə təchiz edilib.

Emil Hüseynov



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024