12px13px15px17px
Tarix:03/06/13

Artıq vətəndaşlar poçt indeksinə görə küçənin adını “Elektron hökumət” portalı vasitəsilə öyrənə bilərlər

"Elektron hökumət" portalında istifadəyə verilən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Poçt indeksinə görə küçənin adının tapılması" elektron xidməti vətəndaşların işini xeyli asanlaşdırıb.

Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, istifadəçilər "www.e-gov.az" portalına daxil olaraq RİTN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "Poçt indeksinə görə küçənin adının tapılması" xidmətinin adını seçməklə poçt indeksinə görə həmin ərazidə yerləşən küçə adlarını asanlıqla tapa bilərlər:

"Açılan formanın içində poçt indeksini yazdıqdan sonra, poçt şöbəsinə aid olan ərazi üzrə küçə və prospektlərin adları və kodları cədvəl şəklində siyahı üzrə əks olunacaq". Bu yolla istifadəçilər poçt indeksinə görə küçənin adını və kodunu müəyyənləşdirə bilərlər.

CAHANGİR



Baxış sayı: 1678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024