12px13px15px17px
Tarix:03/06/13

20 il sonra kompüterlərlə adi insanlar kimi söhbət etmək olacaq

Gələcəyin kompüterləri texnoloji cəhətdən o qədər inkişaf edəcək ki, canlı insanı belə əvəz edə biləcək. "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak belə bəyanatla çıxış edib.

"ICTnews.az" elektron xəbər xidməti "http://hitech.newsru.ru" saytına istinadən bildirir ki, onun sözlərinə görə, 20 il ərzində mobil qurğular insanlara o qədər oxşayacaq ki, onlarla "normal söhbət" etmək belə mümkün olacaq və bu, bir sıra üstünlüklər gətirəcək.

Məsələn, gələcəkdə hər bir şagird məktəbdə deyil, fərdi müəllimə malik ola və öz proqramı üzrə inkişaf edə biləcək. Bu cür təhsil daha ucuz başa gələcək və uşaq yaradıcılıqla məşğul olmağa alışacaq. Lakin bunun reallaşması üçün mobil qurğular insanlar kimi "düşünməlidir". "Mən istərdim ki, başqa insan anladıqlarını mənim telefonum da başa düşsün" – Voznyak deyib.

Emil Hüseynov



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024