12px13px15px17px
Tarix:05/06/13

Dünyanın ən qabaqcıl iki SİM kartlı smartfonu təqdim edildi

"HTC" şirkəti öz flaqmanı olan "HTC One" smartfonunun iki aktiv SİM kartı dəstəkləyən versiyasını təqdim etdi. "HTC One" Dual SİM smartfonunda "HTC One"-da özünü dogrultmuş innovasiyalı funksiyalar gerçəkləşdirilib. "HTC Sense"-in son versiyası bazasında "HTC BlinkFeed", "HTC Zoe" və "HTC BoomSound" smartfonu 64 GB-dək MicroSD kartlarını dəstəkləyir.

"HTC One" Dual SİM smartfonu iki SİM kartın təmin etdiyi rahatlığı, qabaqcıl interfeys funksiyalarını və genişləndirilmiş məlumat saxlama imkanlarını özündə birləşdirir. Flaqmanımızdan irsən keçmiş aparat və dizayner həlləri ilə birlikdə bu cür xarakteristikalar "HTC One" Dual SİM smartfonunu ən tələbkar istifadəçilərin təbii seçiminə çevirir",- deyə "HTC"-nin Rusiya və MDB ölkələrindəki nümayəndəliyinin rəhbəri Andrey Kormiltsev qeyd etdi. "HTC BlinkFeed" – "HTC One" Dual SİM smartfonunun əsas ekranını istifadəçinin istəklərinə əsasən sazlana bilən nadir xəbər xəttinə çevirən inqilabi funksiyadır.

Sosial şəbəkələrdə baş verən yeniliklər, xəbərlər, əyləncə anonsları, şəkillər və bildirişləri proqram və veb-saytlara daxil olmadan yalnız bir nəzərlə əhatə etmək olar. "HTC BlinkFeed" üçün kontent dünyanın 1400-dən çox media mənbələrindən daxil olur. "AOL", "ESPN", "MTV", "Vice Media", "CoolHunting", "Reuters", "RİA Novosti", "Vesti", "RussiaToday", "Hi-Tech.Mail.Ru", "Gazeta.ru" və dünyanın bir çox digər aparıcı media mənbələrindən hər gün 10 min məqalə daxil olur.

"HTC UltraPixel" innovasiya kamerası şəkillərdə əks olunmuş sevdiyiniz anları daha da asan və sürətlə bölüşməyə imkan verir. Xüsusi "HTC Zoe" rejimi sayəsində yüksək icazəli foto və video çəkilişi 3 saniyəlik fraqmentlər şəklində aparmaq mümkündür. Çəkilmiş materiallar qalereyada "canlanır" və onu unudulmaz anların canlı kino lentinə çevirir. "HTC Zoe" funksiyası şəkil və videoçarxlardan musiqili, peşəkar montajlı, keçidli və xüsusi effektli filmlər yaradır. Həmin filmləri asanlıqla dəyişmək, sosial şəbəkələrdə və ya digər xidmətlərin yardımı ilə bölüşmək, müxtəlif mövzular qoymaq, elektron poçtla dostlarınıza göndərmək mümkündür. "HTC UltraPixel" kamerasının digər imkanları: dairəvi panoramların yaradılması rejimi, hərəkət edən obyektin çəkilməsi zamanı bir neçə kadrların birləşdirilməsi üçün alətlər və şəkillərdən arzuolunmaz obyektlərin silinməsi. Ön paneldəki genişbucaqlı kamera 1080p formatında videoçəkilişi dəstəkləyir və bir toxunuşla mükəmməl avtoportretlərə çıxış açır.

Smartfonda "HTC BoomSound" adı altında birləşdirilmiş bir sıra audioimkanlar mövcuddur. "Beats Audio" texnologiyası, yüksək keyfiyyətli gücləndiricilər və ön stereodinamiklər güclü və aydın səsin çıxmasını təmin edir. Bundan əlavə, "HTC One" Dual SİM smartfonu "HTC Sense Voice" funksiyasına malikdir: telefon danışıqları zamanı həmsöhbətin səsi hətta səs-küylü mühitdə belə çox aydın eşidilir. "HTC Sense TV" funksiyası ilə "HTC One" Dual SİM istifadəçiləri, demək olar ki, hər televizor, kabel TV cihazı və ya ev kinoteatrı ilə uyğun olan interaktiv telebələdçi və idarə pultunu əldə edirlər.

"Sense TV" funksiyası sevdiyiniz televerilişin və ya filmin axtarış prosesini asanlaşdırır və onu çox anlaşılan edir. "HTC One" Dual SİM smartfonu metal korpusda hazırlanıb və nəcib gümüş və ya klassik qara rənglərlə təchiz edilir. Smartfon zərbələrə davamlı 468ppi-lıq yüksək icazəli 4,7 düymlük "Full HD" (1080p) ekranı ilə təchiz olunub.

RƏVAN



Baxış sayı: 924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024