12px13px15px17px
Tarix:05/06/13

2013-cü ildə mobil ödənişlərin həcmi 235 milyard dolları ötəcək

"Gartner" analitik şirkətinin məlumatına əsasən, 2013-cü ildə dünyada mobil ödəniş əməliyyatlarının həcmi 235,4 milyard ABŞ dolları olacaq ki, bu da ötən illə müqayisədə 44% çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna əsasən, bu il mobil qurğuların köməkliyi ilə ödənişlər həyata keçirən istifadəçilərin sayı 245,2 milyon olacaq. 1 il əvvəl onların sayı 200 milyona bərabər idi.

"Güman edirik ki, 2012-dən 2017-ci ilədək mobil ödənişlərin həcmi il ərzində orta hesabla 35% artacaq. 2017-ci ildə sözügedən bazarın həcmi 721 milyard ABŞ dolları olacaq. Və mobil ödənişlərdən 450 milyon insan istifadə edəcək" – "Gartner"in analitiki Sendi Şen deyib. Tədqiqat məlumatlarına əsasən, pul köçürmələri və alış-veriş ödənişi əsas mobil ödəniş növləri olacaq.

Emil Hüseynov



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024