12px13px15px17px
Tarix:05/06/13

“Elektron hökumət” portalından qeydiyyatdan keçmiş hər bir istifadəçi öz PİN kodu əsasında fərdi məlumatları əldə edə bilər

"Elektron hökumət" portalından qeydiyyatdan keçmiş hər bir istifadəçi öz PİN kodu əsasında fərdi məlumatları əldə edə bilər. Bunun üçün " " www.e-gov.az" "Elektron hökumət" portalına daxil olub, Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "PİN-ə görə fərdi məlumatların axtarışı" xidməti seçilir.

Açılan formanın içində vətəndaşa aid olan fərdi məlumatlar: soyadı, adı, ata adı, doğulduğu yer və tarix, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi və s. əks olunacaq. Əgər həmin məlumatları istifadəçi kompüterində yadda saxlamaq istəyirsə, "PDF" düyməsindən istifadə edə bilər.

Həmin məlumatları PDF formatında yadda saxlayıb və ya elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək də mümkündür.

İstifadəçiyə təqdim olunan məlumatlarda hər hansı səhv olarsa, dərhal yerli rayon polis pasport şöbəsinə və ya müvafiq "ASAN" innovasiya xidmətləri mərkəzinə müraciət olunmalıdır.

HƏQİQƏT



Baxış sayı: 1013

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024