12px13px15px17px
Tarix:06/06/13

“YouTube”-da mobil reklam satışlarının həcmi 3 dəfə artıb

“Google”-un məlumatına əsasən, “YouTube”-da son 6 ay ərzində mobil reklam satışlarının həcmi 3 dəfə artaraq 350 milyon dollar olub. Şirkət bildirir ki, “YouTube” videohostinqinin auditoriyasının (1 milyard) təxminən 25%-i mobil qurğular üzərindən sayta daxil olur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “YouTube”-un satışlar üzrə vitse-prezidenti Lukas Uotson deyib ki, mobil reklam irəliləyişinin həcmi mobil trafik və auditoriyanın həcmi ilə eyni anda artır. Müstəqil analitiklər bildiriblər ki, internet nəhəngi “YouTube”-la bağlı maliyyə məsələlərini, demək olar ki, heç vaxt açıqlamır.

“Webdge Partners”in qiymətləndirməsinə görə, hazırda “Google”-un gəlirinin təxminən 10%-i “YouTube” portalının payına düşür.

Emil Hüseynov



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024