12px13px15px17px
Tarix:06/06/13

“WiSee” texnologiyası ev elektronikasını idarə etməkdə inqilab edə bilər

Vaşinqton Universitetindən tərtibatçılar pultlardan istifadədən imtina etməyi və bütün elektron cihazları jestlərin köməkliyi ilə idarə etməyi təklif edirlər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, onlar "Wi-Fi" texnologiyasından, daha dəqiq onun "WiSee" adlandırılmış modifikasiyasından istifadə etməyi təklif edirlər.

Onun köməkliyi ilə əl jesti vasitəsilə kanalı və ya musiqi parçasını dəyişdirmək olar. Jestlərin tanınması üçün "Kinect" və ya "Leap Motion" kimi başqa sistemlərdən fərqli olaraq, "WiSee" kameraya ehtiyac duymur.

Bundan başqa, siqnal divarlardan belə keçə bildiyindən elektronikanı, hətta digər otaqlardan idarə etmək mümkündür. "WiSee" evdəki müxtəlif qurğulardan gələn simsiz siqnalı təhlil edir. Sistemin yaradıcılarının sözlərinə görə, yeni texnologiya ev qurğularını idarə etməkdə inqilab edə bilər.

Emil Hüseynov



Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024