12px13px15px17px
Tarix:06/06/13

Yerli şirkət beynəlxalq status aldı

"BestComp Group" şirkəti "Microsoft" korporasiyasının "Large Account Reseller" (LAR) statusunu alıb.1995-ci ildə yaradılmış "BestComp Group" şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir və beş ildən artıqdır ki, "Microsoft"un tərəfdaşıdır.

Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən "BestComp Group"un fəaliyyəti distribüsiya, layihə həlləri, servis, konsaltinq, kommunikasiya şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir. "Large Account Reseller" (LAR) statusu "BestComp Group"a iri korporativ sifarişçilərə (250-dən artıq kompüter parkına malik) "Microsoft" korporasiyasının lisenziyalaşdırılmış proqram təminatını təqdim etməyə imkan verir. Adıçəkilən status "Microsoft" korporasiyası ilə birbaşa sazişin imzalanmasını nəzərdə tutaraq, "Enterprise Agreement" və "Enterprise Agreement Subscription" proqramları üzrə lisenziyaların alınmasını korporativ müştərilərə təklif etmək imkanı yaradır. "Microsoft Enterprise Agreement" (EA) və "Enterprise Agreement Subscription" (EAS) korporativ lisenziyalaşdırılma proqramları – dünya üzrə iri idarə və təşkilatlara "Microsoft" korporasiyasının ən münasib təklifidir. EA və EAS sazişləri sifarişçi şirkət, "Microsoft" korporasiyası və tərəfdaş arasında birbaşa, üç il müddətinə bağlanır. Müddət bitdikdən sonra sazişlərin müddəti uzadıla bilər.

Sazişlər maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldaraq, möhlətli ödənişlər və sazişin qüvvədə olduğu dövrdə qiymətlərin təsbiti hesabına xərcləri optimallaşdırmağa imkan verir.

Bu proqramların əsas üstünlüklərindən biri – lisenziyalaşdırılmamış proqram təminatından istifadə riskinin azaldılmasıdır. "Enterprise Agreement" və "Enterprise Agreement Subscription" sazişlərinin qüvvədə olduğu müddətdə təşkilat (o cümlədən, mürəkkəb birləşmə strukturlu) bütün, hətta sazişin bağlanmasından sonra əlavə olunmuş kompüterlərində lisenziyalaşdırılmış proqramlardan istifadə hüququ qazanır.

Dünya üzrə nümayəndəliklərə malik şirkət Azərbaycanda əldə etdiyi lisenziyalarla paylaşa bilər. Bununla bərabər, bütöv personal kompüter parkında "Microsoft" platformasından korporativ standart kimi istifadə olunur. Bu isə təhsil xərclərinin azaldılması, istifadəçilərin himayə edilməsi ilə yanaşı, İT infrastrukturunun təhlükəsizliyini və idarə edilməsini gücləndirir.

Proqrama əlavə edilmiş "Software Assurance" alət komplekti sayəsində sifarişçilər, yeni versiyalardan istifadə imkanı, tədris mərkəzlərində oxumaq üçün pulsuz vauçerlər, daimi texniki dəstək daxil olmaqla, 15-dən çox üstünlük qazanırlar.

RƏVAN



Baxış sayı: 409

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye