12px13px15px17px
Tarix:06/06/13

“Intel” korporasiyası “Thunderbolt 2” interfeysini təqdim edib

"Intel" korporasiyası "Computex 2013" sərgisində tezliklə "Thunderbolt 2" interfeysini dəstəkləyən qurğuların bazara çıxarılacağını bəyan edib. Sözügedən interfeys verilənlərin hər iki istiqamətdə 20 Qbit/s sürətlə ötürülməsini təmin edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, interfeys texnologiyanın birinci versiyası ilə tam uyğundur: yeni kompüterlərə köhnə periferiyanı qoşmaq və ya əksinə mümkün olacaq. "Thunderbolt 2.0" texnologiyasını dəstəkləyən ilk qurğular artıq bu ilin sonunda istehsal ediləcək. Kütləvi istehsal 2014-cü ilə planlaşdırılıb.

Qeyd edək ki, "Thunderbolt 2" interfeysi sürətinə görə "USB 3.0" texnologiyasını ötür və "PCI Express" və "DisplayPort" protokollarını dəstəkləyir.

"Thunderbolt" interfeysinin ilk versiyası 2011-ci ildə "Apple" şirkəti ilə birgə hazırlanıb və "Apple MacBook Pro" noutbukunda və "Apple Cinema" monitorunda təqdim edilib. Hazırda 200 şirkət "Thunderbolt" interfeysini dəstəkləyən qurğu istehsalı üçün lisenziyaya malikdir.

Emil Hüseynov



Baxış sayı: 620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024