12px13px15px17px
Tarix:07/06/13

Berlin Texniki Universiteti Azərbaycanla elektron təhsil sahəsində əməkdaşlıq etmək istəyir

"Berlin Texniki Universiteti Azərbaycanın fotosintez sahəsində elmi nailiyyətlərini yüksək qiymətləndirir". Bu fikirləri Berlin Texniki Universitetinin nümayəndəsi Tomas Fridrixin "ICTnews" xəbər xidmətinə verdiyi açıqlamada bildirib.

"Davamlı inkişaf üçün fotosintez tədqiqatları" konfransı çərçivəsində azərbaycanlı akademik Cəlal Əliyevin Azərbaycanda fotosintez vasitəsilə əkinçilik sahəsində məhsuldarlığın artırılması ilə bağlı əldə olunmuş nailiyyətlərlə, bu nailiyyətlərin dünya elminə töhfəsi və bəşəriyyətin qidalanması sahəsinə töhfəsi ilə tanış olduq. Azərbaycanın elm sahəsində nailiyyətləri haqda bəhs edərək ilk növbədə Cəlal Əliyevin 120-dən çox buğda növləri yaradılmasını danılmaz fakt kimi qeyd etmək istərdim. Eyni zamanda, o, ilk fotosintezi qəbul etmiş və bu sahədə elmi fəaliyyətini davam etmiş alimlərdən biridir. Hazırda bu sahədə əsas elmi araşdırmalar tükənən təbii ehtiyatlar bitdikdən sonra onların fotosintez vasitəsilə süni əldə edilməsinin təmin edilməsi ilə bağlıdır. Nanotexnologiyalar, fotosintez və bionanotexnologiyalar bir elmdir və biz onlardan birgə bəhrələnirik. Hazırda dünya üzrə əsas tendensiyalar insan beyninin məhsulu kimi proteinlərin süni yolla necə əldə olunması, süni fotosintez prosesinin həyata keçirilməsi üzrə elmi araşdırmaların aparılması əsas tendensiyalardan biridir. Bunlar öz növbəsində nanotexnologiyaların inkişafında böyük rol oynayır",- deyə o bildirib.

T. Fridrixin sözlərinə əsasən, Berlin Texniki Universitetinin alimləri bu sahədə azərbaycanlı alimlər ilə sıx əməkdaşlıq edir. "Bizim universitetlərimiz arasında əməkdaşlıq olmadığına baxmayaraq biz bu sahədə Amerikada, Rusiyada təhsil almış azərbaycanlı tələbələrlə və alimlərlə əlaqə saxlayırıq və əməkdaşlıq edirik. Almaniyada elektron təhsil və onlayn təhsil sahəsində böyük inkişaf var, bu da məsafələri qısaltmağa imkan verir. Berlin Texniki Universiteti elektron təhsil sistemini Azərbaycanla bölüşmək istərdi və bu sahədə əməkdaşlığı inkişaf etdirmək istərdi",- deyə o bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024