12px13px15px17px
Tarix:07/06/13

Hansı brauzer daha az elektrik enerjisi istifadə edir?

“Microsoft” şirkəti rəsmi bloqunda “Chrome” və “Firefox” brauzerlərinin istifadəçilərinə elektrik enerjisinə qənaət etmək üçün “Internet Explorer” (IE) brauzerinə keçməyi təklif edib. Amerika şirkəti Fraunhofer adına Mərkəzin tədqiqat məlumatlarına əsaslanaraq belə bəyanatla çıxış edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyasının sifarişinə əsasən keçirilmiş tədqiqatın yekununa əsasən, internetdə “gəzişən” zaman “IE” quraşdırılmış kompüterlər daha az elektrik enerjisi sərf edirlər. Fraunhofer adına Mərkəz tərəfindən keçirilmiş sınaqlarda dörd stolüstü kompüter və “Windows 8” əməliyyat sistemi ilə işləyən altı noutbuk istifadə edilib.

Onlara “Chrome 26”, “Firefox 21” və “IE10” brauzerləri quraşdırılıb. Brauzerlərdə populyar saytlar (Google, Facebook, eBay, Yahoo, YouTube və sairə) açılıb və “Flash” və “HTML5” texnologiyalarına əsaslanan onlayn videolara baxılıb. Tədqiqatın yekununa əsasən, internetdə “gəzişən” zaman kompüterin elektrik enerjisindən istifadəsi bir neçə faiz və internet üzərindən videoya baxış zamanı iki dəfə artır. “Internet Explorer” brauzeri ən yaxşı nəticə göstərib.

“Microsoft” korporasiyası bəyan edib ki, “Chrome” və “Firefox” brauzerlərinin amerikalı istifadəçilərinin “IE” brauzerinə keçidi bir il ərzində 120 milyon kilovat saat enerjiyə qənaət etməyə imkan verəcək. Bu isə il ərzində 10 min ev idarəetməsinin elektrik enerjisi ilə təmini üçün kifayətdir.

Emil Hüseynov



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024