12px13px15px17px
Tarix:08/06/13

Daha bir yerli bank “MilliÖN” ödəniş sisteminə qoşulub

"MilliÖN" ödəniş sistemi və ölkənin aparıcı banklarından biri "UniBank" əməkdaşlıq sazişi bağlayıblar.

"ICTnews" elektron xəbər xidmətinin ödəniş sisteminin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu saziş çərçivəsində müştərilər həm rahat yerdə kreditlərini ödəyə bilərlər, həm də kredit xətti sifariş edə bilərlər. Kredit ödənişini həyata keçirmək üçün "MilliÖN" terminalının menyusunda "Bank xidmətləri" düyməsini, sonra "UniBank" düyməsini seçmək, bundan sonra "Kredit ödənişi" düyməsini basmaq lazımdır. Bank müştəriləri prefikslə bərabər, mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin nömrəsini yığmalı, lazımi məbləği daxil edib çeki almalıdırlar. Məbləğin köçürülməsi real rejimdə həyata keçirilir.

Məbləğin ödənilməsinə görə komissiya tutulmur. Kredit xəttinin sifarişi üçün terminal menyusunda "Bank xidmətləri" düyməsi, sonra "UniBank" düyməsi seçilməli, bundan sonra "Kredit sifarişi" düyməsi basılmalıdır. Müraciət edən prefikslə bərabər, mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin nömrəsini yığmalıdır.

Qısa müddətdən sonra, ərizəçi kredit barədə SMS alacaq. Bu SMS-də müraciət edənin nə məbləğdə kredit götürə biləcəyi barədə məlumat olacaq. Qeyd edək ki, sözügedən xidmət pulsuzdur.

CAHANGİR




Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024