12px13px15px17px
Tarix:08/06/13

ABŞ prezidenti kəşfiyyat üçün internetdə izləmə mexanizminin tətbiqinin tərəfdarıdır

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ABŞ kəşfiyyatının internetdə izləmə üçün məxfi proqramlardan istifadə etməsinin tərəfdarı olduğunu açıqlayıb.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, B.Obama kəşfiyyat orqanlarının internetlə yanaşı, telefon danışıqlarını izləmək üçün müxtəlif proqramlardan istifadəsini müdafiə edib. O, bu cür proqramlardan istifadənin qanuni olduğunu bildirib.

Obama əlavə edib ki, heç kəs amerikalıların telefonlarına qulaq asmır. Bununla belə, ABŞ prezidenti vurğulayıb ki, milli təhlükəsizlik maraqları ilə insanların şəxsi həyatının toxunulmazlığı arasında balans tapılmalıdır.

Qeyd edək ki, ABŞ milli kəşfiyyatının rəhbəri Ceyms Klepper etiraf edib ki, müxtəlif ölkələr internet təşkilatlarından istifadəçilər haqqında məlumat əldə edirlər. Lakin bunlar amerikalı olmayan digər istifadəçilərdir.

SEYMUR



Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024