12px13px15px17px
Tarix:10/06/13

“Windows 8” əməliyyat sistemi ilə işləyən 46 düymlü planşet masalar bazara çıxarılacaq

“Ideum” və “Touch Systems” şirkətləri bazara qeyri-adi planşet çıxarıblar. 46 düymlük ekranla təchiz edilmiş qurğu masa formasındadır və “Windows 8” əməliyyat sistemi ilə işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Platform 46” adlanan qurğu 46 düymlü ekranla təchiz edilib və o, eyni anda 60 toxunuşu müəyyənləşdirir. Beləliklə, müvafiq proqram təminatı sayəsində qurğudan eyni anda bir neçə insan istifadə edə bilər. Masanın ekranı nəm və tozdan qorunub. Ekranın təsvir ölçüsü 1920x1080 piksel təşkil edir.

“Platform 46” iki modifikasiyada çıxarılacaq. Əsas konfiqurasiya 72 kiloqram çəkisində, 684 millimetr hündürlüyündə masadan ibarətdir və 3.1 QHs takt tezlikli “Intel Core i7” prosessoru ilə təchiz edilib. Qurğu 8 qiqabayt əməli yaddaş, 500 qiqabayt sərt disk, “Wi-Fi”, “Bluetooth” modulları, həmçinin “USB 2.0”, “HDMI” konnektoru ilə təchiz ediləcək.

“WiDi” texnologiyası vasitəsilə masa üzərindəki təsviri televizora ötürmək mümkün olacaq. “Platform 46” artıq bu ilin iyulunda bazara çıxarılacaq. Əsas modelin qiyməti 13 min dollar, kiçik modelin qiyməti isə 11 min olacaq.

Emil Hüseynov



Baxış sayı: 443

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 İyul 2020

12 07 2020