12px13px15px17px
Tarix:10/06/13

Dünyanın ən bahalı domeni hansıdır?

Britaniyanın maliyyə şirkəti “IG Group” ikihərfli “IG.com”-u Braziliya axtarış portalından satın alıb. Domenin dəqiq qiyməti məlum olmasa da, bildirilir ki, o, ikisimvollu domenlərin qiymətinə görə 2-ci yerdədir. Bu siyahıda ən bahalı domen isə “Facebook” şirkətinin əldə etdiyi 8,5 milyon dollar dəyərində olan “FB.com”-dur. Buna əsaslanaraq demək olar ki, “IG.com” domeni altı sıfırlı qiymətə satılıb.

“ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, may ayının əvvəllərində də kifayət qədər gözəçarpan domen satışları qeydə alınmışdır. Belə ki, “Moms.com” domeni 252 min dollara satılmışdır. Birinci həftədə “Fotograf.de” (117,8 min $), “Radius.com” (100 min $), “Evora.com” (94 min $), “Juxin.com” (66,6 min $), “Kurzreise.de” (43,9 min $), “Domains.in” (40 min $), “Haberler.net” (35,4 min $) kimi domenlər alınmışdır.

Mayın sonunda “Hilco Steambank” hərracında “Bargain.com” domeni 150 min dollara satılıb. Daha əvvəl bu domen 750 min dollardan başlayan qiymətlə “Moniker” hərracında satışa çıxarılmışdı. Yaxın aylarda daha bir maraqlı domen satışı üçhərfli ALL.com-un “taleyi” ilə bağlı olacaq. Domenin sahibi başlanğıc qiymət kimi 350 min dollar təklif edib.

Emil Hüseynov



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024